Almaniyada təhsil

Almaniyada təhsil  ABŞ, İngiltərə və Avstraliyadan sonra dünyanın ən yaxşı təhsil sistemləri arasında 4-cü yerdədir.Almaniya beynəlxalq tələbələr arasında ən çox sevilən təhsil ölkələri siyahısına daxildir.Mühəndislik və texniki sahələr xüsusilə seçilir. Alman universitetlərinin diplomları Boloniya prosesi tərəfindən qəbul edilmiş standartlara uyğundur və həm Almaniyanın özündə, həm də hər hansı bir Avropa əyalətində iş tapmada sizə bir sıra üstün imkanlar verir. Həm alman, həm də ingilis dilində təhsil ala bilərsiniz, lakin bakalavr təhsilində alman dilində olan proqramlar üstünlük təşkil edir.

Almaniyada təhsil (semestr ödəmələri istisna olmaqla ildə194-848 USD) pulsuzdur və qiyabi təhsil yoxdur. Baden-Württemberg ərazisi istisnadır, burada illik təhsil 3.635 ABŞ dollarıdır. Ümumi aylıq xərcləriniz üçün təqribən 980 USD nəzərdə tutmalısınız, buraya qidalanma, qalma və sığorta xərcləri də daxildir. Siz tələbı kartınızı göstərərək transport və daha bir çox yerlərdə ödənişsiz və ya digər güzəşstlərdən yararlana bilərsiniz.

Almaniyada bakalavr təhsili üçün təqaüd yoxdur. Magistr proqramında fərqlənən tələbələr üçün bir DAAD dövlət proqramı mövcuddur. DAAD – Alman Akademik Mübadilə Xidməti – müxtəlif sahələrdə beynəlxalq tələbələrə magistr və doktorantlar üçün müxtəlif təqaüdlər təqdim edir. DAAD təhsil, qalma, yemək və şəxsi xərclərin çox hissəsini, bəzən təhsil haqqını tam ödəyir.

Tələbələri iş həyatına hazırlaşdırmaq üçün müxtəlif məcburi staj proqramları mövcuddur, onlardan yararlana bilərsiniz.Əgər pul qazanmaq məqsədilə işləmək istəyirsinizsə, alman dilində səlis danışa bilməlisiniz və həftədə 20 saatdan artıq işləyə bilməzsiniz. Əlavə olaraq, xarici tələbələrin sərbəst və ya fərdi işçi kimi çalışmasına icazə verilmir.

Almaniya bakalavr dərəcəsinə görə ən populyar Avropa ölkələrindən biridir.  Almaniyada bakalavr təhsili 3-4 il davam edir.11-ci sinifi bitirdikdən sonra birbaşa Almaniyada təhsil ala bilməzsiniz. (bəzi özəl universitetlər istisna olmaqla). Dövlət universitetlərində oxumaq üçün ölkədə ən azı 2 illik universitet təhsiliniz və ən azı İELTS 6,5 və ya TOEFL IBT dil biliyiniz olmalıdır. Almaniyada bakalavr təhsilinizə isə birinci kursdan başlayırsınız. Və ya аttestatla qəbul üçün mütləq orda Studien Kolleg (Studienkolleg-lər universitetlərin nəzdində fəaliyyət göstərir) oxumalısınız. Əgər tibb üzrə təhsil almaq istəyirsinizsə, mütləq Alman dilini C1(TESTDAF imtahanı verilməlidir) səviyyəsində bilməlisiniz. Tibb üzrə bakalavr müddəti 6 ildir.

 Qəbul üçün tələb olunan sənədlər:

  • Ərizə
  • Xarici pasportun sürəti
  • Attestat və əlavəsinin İngilis və ya Alman dilində notarial tərcüməsi
  • Dil imtahan nəticələri
  • ilk yarımillik ərzində ali məktəb final imtahan qiymətləndirilmələrinin çıxarışı
  • Maliyyə ödəmə qabiliyyətinin təsdiqlənməsi(bank hesabında 12.402USD mövcudluğu)
  • 3×4 şəkil (2 ədəd)
  • Tibbi sığortanın sübutu;
  • Tövsiyə məktubları;
  • Həvəsləndirici məktub;
  • Xülasə.

Qeyd: Bəzi hallarda əlavə sənəd də tələb oluna bilər (seçdiyiniz universitet və ixtisasdan asılı olaraq).

Tələbələr magistr proqramına qəbul olmaq üçün mövcud bakalavr dərəcəsinin tanınması prosedurundan keçilməli, rədd edildiyi halda Studienkolleg-də illik hazırlıq kursunu keçməlidir. Dövlət universitetində magistr təhsili almaq üçün GPA 80+ olmalıdır.  Almaniyanın dövlət universitetləri pulsuz olduğundan güclü rəqabət var və bu bəzi universitetlərə qəbul olmağı çətinləşdirir. GPA vacib olmayan universitetlər Almaniyanın özəl universitetləridir. Orada GPA 65+ olarsa, qəbul olmaq şansınız var. Lakin, həmin universitetlərin təhsil haqqı illik 10 min avrodur.

Thinkwise bir çox ölkədə təhsil təklif edərək professional xidmət göstərir.Həmçinin, Almaniyada təhsil müraciətinizdə də sizə kömək edəcəkdir. Thinkwise xaricdə orta və ali təhsildə ixtisaslaşır və dünya səviyyəsində tanınan elit təhsil müəssisələri də daxil olmaqla xaricdəki məktəb və universitetlərə qəbul üçün peşəkar xidmətlər göstərir. Mütəxəssislərimizin özləri xarici universitetlərin məzunlarıdır və böyük beynəlxalq qeydiyyat təcrübəsinə malikdirlər.Thinkwise kollektivi olaraq, Almaniyada daha asanlıqla və sürətli şəkildə təhsil almağınız üçün kömək edəcəyik. Bizə müraciət etmək üçün ərizəni doldurun və qısa müddətdə sizinlə əlaqə quracağıq.

Qiymət: 1500 EUR

 

Qiymət: 14000 EUR

 

Qiymət: 600 EUR

Qiymət: 16000 EUR

Qiymət: 30000 EUR

Qiymət: 1000 EUR

Qiymət: 9000 EUR

Qiymət: 16000 EUR