Biz kimik

Think Wise sürətlə inkişaf edən biznes konsaltinq şirkətidir. Biz müştərilərimiz üçün peşəkar biznes xidmətləri və sahibkarların bizneslə baqlı problemlerinin innovativ həllər ilə aradan qaldırılmasını təklif edirik. 

Bu gün şirkətimizin portfoliosunda Azərbaycanın  və qonşu ölkələrin çoxsaylı bizneslərinə müsbət təsirimiz olmuşdur . Dövlət qurumları daxil olmaqla , neft və qaz bazarının, müxtəlif sənaye sahələri, supermarketlərin, restoran və otel biznesləri və digər əmtəə  şirkətlərində etibarlı məsləhətci rolunu almışıq.

Heyətimiz xaricdə təhsil və ixtisas almış konsultant və təlimçilərdən ibarətdir. Biz sadəcə bir şirkətə bağlı olmadığımız üçün çox sayda şirkət və sənaye sahəsində mövcud  olan təcrübələri bir araya gətiririk və beləliklə müxtəlif yaradıcı həllərin ortaya çıxmasına və fərqli düşünməyə imkan yaradırıq.

Vizyonumuz

Bizim vizyonumuz müştərilərimizin uğurlarında müsbət payımızın olması və onların öz sahəsinin ən peşəkar şirkətə çevrilməsidir. Biznes həllərindən savayı çalışdığımız şirkətlərlə peşəkar əlaqələrimizin və uzun müddətli əməkdaşlığımızın qorunub saxlanılmasıdır.

Missiyamız

Azərbaycan və qonşu ölkələrdə ən uğurlu biznes konsaltinq şirkətinə çevrilmək və bunu qoruyub saxlaya bilməkdir.

Dəyərlərimiz

• Inovativlik • Düzgünlük • Etibarlılıq • Çeviklik • Müştəriyə diqqət