Biznes plan biznesin təməlidir.
Yeni biznesə başlayırsınızsa və nəyi necə edəcəyinizi bilmirsinizsə pulunuzu itirmək riski yüksəkdir. Biznes plan hər addımın nöqtə-nöqtə olduğu bir plandır. Biznes planda hər bir şeyə xüsusi diqqət ayrılır. Biznes üçün sənədlərin hazırlanmasında problemlər tez tez iş adamları arasında baş verir. Əgər sənədlərlə bağlı problem yaşamaq istəmirsinizsə o zaman biznes planınızın hazırlanmasını bizim peşəkar mütəxəsislərə həvalə edin.

Biznes plan mərhələləri
Biznes plan aydın bir quruluşa malikdir. Çünki siz bilməlisiniz ki, qoyduğunuz pulu nə qədər müddətə geri qaytara və aylıq nə qədər qazanc əldə edə bilərsiniz. Biznes planda 7 əsas məqam var.
Detallara ətraflı baxaq :
- Xülasə. Bu hissə gələcək biznesin istiqamətini, şirkətin bazarlarını və yerini , gəlirliliyini , məsul şəxsləri təsvir edir.
- Şirkətin təklif etdiyi məhsul və xidmətlər hissəsidir. Məhsulu təqdim etmək, xüsusiyyətlərini göstərmək , foto və video materialları təqdim etmək lazımdır. Bundan əlavə, burada hədəf auditoriyanın təsvirini, rəqabətə davamlı məhsulların təhlilini , qiymət və prinsiplərini müəyyən edir.
- Marketinq strategiyası. Bu mərhələ bazarın təhlilini və əsas rəqibləri vurğulamağı əhatə edir. Həmçinin təşviqat üsulları, kanalların siyahısını , habelə rəqibin üstünlüklərinin siyahısı, müştərinin sizi niyə seçəcəyi göstərilir.
- İstehsal planı. Şirkət məhsul istehsal etməyəcəksə , bu mərhələ göstərilmir. İstehsal üçün tələb olunan avadanlıq, onların tətbiqi ardıcıllığı, gözlənilən istehsal artımı və istehsal planında göstərilir.
- Təşkilatı plan.Biznesə başlamaq və inkişaf etdirmək üçün hər addımın növbə ilə təsvir olunduğu bir cədvəldir. Bundan əlavə , mərhələlərin həyata keçirilməsinin vaxtını göstərmək, məsul şəxsi göstərmək və hər addımdan gözlənilən nəticələri təsvir etmək lazımdır.
- Maliyyə planı. Bu investorlara təqdim edəcəyəniz tam bir layihə təxminidir. Bu vəziyyətdə həm birdəfəlik, həm də təkrarlanan xərclər göstərilir. Məsələn, avadanlıq, nəqliyyat, otaq və sairə alınması birdəfəlik xərc hesab edilə bilər. Təkrarlanan xərclərə kommunal xərclər, icarə , xammal alınması və s göstərilə bilər.
- Perspektivlər. Yekun mərhələdə biznesin inkişafının ən pis dövründən ən yaxşı dövrünə kimi mümkün variantlar təsvir edilir.
Marketinq tədqiqatları
Biznes planının formalaşdırılmasının ən vacib hissəsi marketinq araşdırmalarıdır. Bu bənddə göstərilən məlumatlar sərmayəçi üçün investisiya cəlbediciliyi baxımından həlledici ola bilər. Marketinq tədqiqatları hədəf auditoriyanı daha yaxşı anlamağa, rəqibin dərin bir analizini əldə etməyə, eyni sahədə fəaliyyət göstərən şirkətlərin qiymət prinsiplərini və s anlamağa kömək edir
Bu məlumatlar sayəsində şirkətinizin imicini necə düzgün quracağınızı, bir məhsulu bazarda necə tanıtacağınızı, hansı satış metodlarından istifadə edəcəyinizi müəyyən edə bilcəksiniz. Bu səbəbdən biznes planı tərtib edərkən marketinq araşdırmalarının dəyərini qiymətləndirmək olduqca çətindir.
Biznes planın nədən asılıdır ?
Biznes planının hazırlanmasının qiyməti aşağıdakılardan asılıdır :
- Sənəd üçün tələblərdən
- Maliyyə planının mürəkkəbliyi
- Bazar araşdırması tələbləri
- Texniki və texnoloji məlumatlar üzrə işin həcmi (alış qiyməti və avadanlıqlara qulluq);
- Müştəridən gələn məlumat miqdarından
Bizdən biznes plan necə sifariş etmək olar ?
Əgər suallarınız qalıbsa və ya bizim xidmətimizdən yararlanmaq istəyirsinizsə, o zaman əlaqə forumunu doldura ya da bizə zəng edə bilərsiniz.