Kateqoriyalar:

F3 (Financial Accounting) ACCA kvalifikasiyasının “Fundamentals Knowledge” modulunun əsas imtahanlarından biridir. ACCA F3 imtahanın əsas məqsədi maliyyə hesabatlarının əsas prinsipləri, konsepsiyaları və qaydalarını izah etmək, bu sahədə olan bilikləri dərinləşdirmək, əsas maliyyə hesabatlarının və birləşdirilmiş maliyyə hesabatlarının hazırlanmasını öyrətməkdən ibarətdir.

Tədris müddətində maliyyə hesabatlarının əsas prinsipləri və konsepsiyaları izah olunacaq, maliyyə hesabatlarının hazırlanması qaydaları öyrədiləcək. Bu kurs vasitəsilə mühasibatlıq üzrə dərin biliklərə sahib olacaq, şəxsi biznesiniz və şirkətlər üçün maliyyə hesabatları hazırlanmasını öyrənəcəksiniz.

Təlim mühasibat uçotu sahəsində çalışan mütəxəssislər, yeni mühasiblər və ya ümumiyyətlə maliyyə uçotunun nəzəriyyəsini öyrənmək istəyən hər kəs üçün nəzərdə tutulmuşdur.

Kursun əhatə etdiyi mövzular:

– Maliyyə hesabatlarının hazırlanmasının məzmunu və məqsədi

– Mühasibat uçotunun fundamental əsasları

– İkili yazılış və mühasibat uçotu sistemlərinin istifadəsi

– Əməliyyatların və hadisələrin qeydiyyatı

– İlkin balansın hazırlanması

– Əsas maliyyə hesabatlarının hazırlanması

– Sadə tərkibli konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanması

– Maliyyə hesabatlarının təhlili