Kateqoriyalar:

Xüsusi hazırlanmış Biznesin idarə edilməsi təlimi öz üzərinə daha böyük məsuliyyət götürməyə və şirkətə daha çox töhfə verməyə can atan gənc sahibkar və menecerlərin potensialını artıra bilər.

Biznes həyatında menecer və sahibkarların əsas öhdəlikləri insanları motivasiya etmək və uğur qazanmaqdır. Sahibkarın yeni bir şirkət qurmağının əsas məqsədi qurduğu şirkəti ən inkişaf etmiş şirkətə çevirməkdir. Uğur qazanmaq üçün sahibkarlar və məsul menecerlər başqalarını necə idarə etməyi öyrənməlidirlər.

Bizim biznes təlimlərimizi başqa şirkətlərin təlimlərindən fərqləndirən əsas xüsusiyyət yüksək təcrübəli iş adamları tərəfindən Avropa standartlarına uyğun şəkildə diqqətlə hazırlanmış təlim proqramdır. Təlim proqramımız aşağıda qeyd olunan bacarıqların təkmilləşdirilməsinə yönəldilmişdir:

  • İdarəçilik
  • Danışıq
  • Satış
  • Marketinq
  • Vaxtın idarə olunması
  • Strateji hədəflər
  • Mənfəətin artırılması

Təlim aşağıdakı mövzuları əhatə edir:

Biznes ideyaların təhlili

– Bazar seqmentinin müəyyən edilməsi

– Bazar araşdırmaları

– Satış planının hazırlanması, satışı artırmanın üsulları

– Maya dəyərinin hesablanması və qiymətin düzgün seçilməsi

– Gəlir və xərc planı

– Nəğd pul axını cədvəli

– Hüquqi öhdəliklər

– Brendinq

– İşçilərlə bağlı məsələlər, işçilərin düzgün idarəedilməsi və motivasiyası

– Biznes Oyun

– Biznes planın hazırlanması