Çingiz Novruzzadə “Think Wise” şirkətinin rəhbəridir. Çingiz bəy bakalavr təhsilini Almaniyanın “International University of Applied Science (IUBH)” bitirmiş və magistr təhsilini İngiltərənin “University of East Anglia (UEA)” universitetində davam etdirmişdir. Qeyd edək ki, Birləşmiş Krallıqda təhsil aldığı müddətdə Azərbaycan Tələbə Təşkilatının yaradıcısı olaraq bir çox tədbirin təşkil olunmasında aktiv olaraq iştirak etmişdir. 2017-ci ildə Azərbaycana qayıdaraq “Think Wise” şirkətini qurmuşdur. Yüksək təhsili və biznesdə olan təcrübəsinə əsasən “Think Wise Consulting” mərkəzində bir çox biznes və idarəçilik konsaltiniq xidmətləri (Strategiya konsaltiniqi, menecment və maliyyə xidmətləri, HR, biznes plan və s.) icra edir. Hal-hazırda, Dövlət qurumları daxil olmaqla, neft və qaz bazarının, müxtəlif sənaye sahələri, supermarketlərin, restoran və otel biznesləri və digər əmtəə  şirkətlərində etibarlı məsləhətci rolunu almışıdır.