Korporativ maliyyə təlimi

Kurs bazar mühitində müasir şirkətin əsas maliyyə problemlərini anlamaq və təhlil etmək üçün nəzəri bir çərçivə formalaşdırır. Kurs korporativ kapital qiymətləndirilməsinin əsas modellərini, o cümlədən ilkin maliyyə aktivlərinin qiymət modellərini, real aktivlərin qiymətləndirilməsi və investisiya layihələrinin təhlilini, kapital strukturunu və istifadə olunan müxtəlif korporativ kapital növlərini, törəmə maliyyə alətlərini və aktivlər üzrə şərti tələbləri əhatə edir. 

Müxtəlif idarəetmə qərarlarının korporativ fəaliyyət və dəyərə olan təsirin qiymətləndirilməsi üzrə zəruri biliklərlə təmin edir. Kurs mikro və makroiqtisadiyyat, mühasibatlıq və bank işi üzrə zəruri biliklər tələb edir, mühazirələrə, seminarlara, araşdırmalara və şəxslərin fərdi inkişafına əsaslanır. “Korporativ maliyyə” kursu mükəmməl təlimçi göstəricilərinə sahib təcrübəli və savadlı maliyyə mütəxəssislərimiz tərəfindən hazırlanmış və onlar tərəfindən tədris olunan üç aylıq proqramı əhatə edir, korporativ maliyyə təlimimiz interaktiv və praktiki xarakter daşıyır. 

Təlim aşağıdakı mövzuları əhatə edir:

Kursun əsas məqsədi korporativ dəyərin yaranması nöqteyi-nəzərindən korporativ maliyyə təhlili üçün konseptual zəmin yaratmaqdır. Kurs bazar mühitində müasir şirkətin əsas maliyyə problemlərini anlamaq və təhlil etmək üçün nəzəri bir çərçivə formalaşdırır. Kurs korporativ kapital qiymətləndirilməsinin əsas modellərini, o cümlədən ilkin maliyyə aktivlərinin qiymət modellərini, real aktivlərin qiymətləndirilməsi və investisiya layihələrinin təhlilini, kapital strukturunu və istifadə olunan müxtəlif korporativ kapital növlərini, törəmə maliyyə alətlərini və aktivlər üzrə şərti tələbləri əhatə edir. Kurs kapital bazarlarında korporativ davranışı, maliyyələşdirmə, kapital ayırma, gəlirləri bölüşdürmə məsələsində işçi və müdir arasındakı münasibətləri təhlil etmək bacarıqlarını inkişaf etdirməyə yönəlmişdir.

Korporativ maliyyə təlimlərimizə  necə yazılmaq olar ?

Əgər suallarınız qalıbsa və ya bizim təlimlərimizə yazılmaq istəyirsinizsə, o zaman əlaqə forumunu doldura ya da bizə zəng edə bilərsiniz.