Mühasibatlıq xidmətləri
Mühasibat uçotu müasir şirkətlərin əsas iqtisadi amilidir. Şirkətlərin bütün maliyyə əməliyyatlarını ( maaşlardan köçürmələrə qədər ) mühasibat şöbəsinə daxil edilir. Peşəkar mühasibat uçotu direktora vaxtında hesabatları verməyə , vergi öhdəliklərinə əməl etməyə və şirkətin gəlirliliyini real olaraq qiymətlədirməyə imkan verir.

İlkin sənədlərin verilənlər bazasına daxil edilməsi, habelə mühasibat və vergi hesabatı sənədlərinin tərtib edilməsi, təşkilatın cari fəaliyyətinin yoxlanılması – bunlar şirkətinizin daima ayaqda qalacağı və sizə qazanc gətirəcəyi addımlardır. Eyni zamanda, əyani mühasibin xidmətləri, xüsusən fərdi sahibkarların mühasibatına gəldikdə olduqca baha başa gəlir.
Bu vəziyyətdə kənar mühasibat xidmətlərindən istifadə etmək daha məntiqlidir və ucuz başa gəlir. Həmçinin, bu yanaşma sizi vergi orqanlarının və DSMF cərimələrindən və digər sanksiyalarından qoruyacaqdır.
Mühasibat xidmətlərimizi sifariş etsəz vaxtınıza və pulunuza qənaət edəcəksiniz. 3 ildən çoxdur ki, Azərbaycanda mühasibat uçotunun aparılması, hesabatların hazırlanması, təqdim edilməsi və digər mühasibatlıq xidmətləri göstəririk
Think Wise şirkəti nə edir ?
- Mühasibat uçotunu tam aparırıq
- Vaxtında və düzgün hesabatlar veririk
- Mühasibatla bağlı suallara cavab veririk
- İş proseslərini optimallaşdırmağa kömək edirik
- Əməliyyatlar üçün hüquqi dəstək veririk
- Hüquqşünaslarla birlikdə yeni optimallaşdırma üsulları yaradırıq
- Hər bir biznes ideya üçün iş sxemləri ortaya qoyuruq və tətbiq edirik
Think Wise ilə işin üstünlükləri:
- Tam peşəkar mühasibatlıq xidməti. Sizin üçün bir mühasib yox, eyni zamanda bütöv bir mühasibat qrupu işləyir: mühasib-məsləhətçi istənilən sualı cavablandıracaq, aparıcı mühasib hesabatları vaxtında təqdim edəcək, mühasib ilkin sənədlərə əsasən bütün lazımi sənədləri hazırlayacaq və toplayacaq və əlavə mühasib isə işçiləriniz üçün dsmf qeydlərini aparacaqdır.
- 1C dəstəyi və istifadəsi.
- Korporativ və müqavilə hüququ üzrə ixtisaslaşmış hüquqşünaslara limitsiz dəstək. Şirkətinizin üzərində işlədiyi sənədləri yoxlayacağıq və sonrakı işlərdə lazım olacaq sənədləri hazırlayacağıq.
- Bütün komandanın işini koordinasiya edən və müxtəlif iş tapşırıqlarını həll edən fərdi biznes köməkçisi: tədarükçüləri və ya işçilərin tapılması, banklar ilə qarşılıqlı əlaqə, tenderlər üçün sənədlərin hazırlanması
Mühasibatlıq xidmətinin nədən asılıdır ?
Mühasibatlıq xidmətinin dəyəri şirkətinizin aylıq dövriyyəsindən asılıdır.
Mühasibatlıq xidmətimizi necə sifariş etmək olar ?
Əgər suallarınız qalıbsa və ya bizim xidmətimizdən yararlanmaq istəyirsinizsə, o zaman əlaqə forumunu doldura ya da bizə zəng edə bilərsiniz.