Polşada təhsil

Polşadakı təhsil Qərbi Avropa rəqiblərindən  təhsilin keyfiyyətinə görə heç də geri qalmır: ölkə ən son akademik tendensiyaları izləyir. Polşa universitetlərində təhsilini başa vurduqdan sonra verilən diplom yalnız Avropada deyil, dünyanın bir çox ölkəsində tanınır.

Ən populyar ixtisaslar ingilis dilində tədris olunur. Ancaq İngilis dilində təhsil hamı üçün, hətta yerli tələbələr üçün də ödənişlidir. İngilis dilli proqramlara qəbul olmaq üçün dil bilmə səviyyəniz minimum (tələblər universitet və proqramdan fərqli ola bilər) IELTS 5.5-6.0 bal və ya TOEFL 500 bal olmalıdır.

11-ci sinifdən sonra bakalavr dərəcəsi almaq üçün Polşada təhsil ala bilərsiniz. Polşa universitetlərində qəbul imtahanlarının olmaması böyük bir üstünlükdür. Şəhadətnamədəki(attestat) qiymətlər də qəbulda rol oynamır.

İldə 2500-7799 USD arasındadır. Əslində, ən çox yayılmış proqramların illik dəyəri 3.589 ABŞ dollardır.

Polşada təhsil az pulla keyfiyyətli Avropa təhsili almaq üçün əla seçim ola bilər. Bir əcnəbinin Polşada rahat qalması üçün ayda təxminən 239-598 USD lazımdır. Bu məbləğə mənzil, yemək və nəqliyyat üçün ödəniş daxildir.

Polşada pulsuz təhsil də ala bilərsiniz. Bunun üçün, Polşa dilində B2 səviyyəsində imtahan verməlisiniz və ya bəzi universitetlər tələbələrə təqaüd imkanı təklif edir. Təxminən 200-500 avro təqaüd ala bilərsiniz.

Polşa universitetlərində iki növ bakalavr dərəcəsi mövcuddur. İmtahanlar yazılı şəkildə aparılır. Lisans proqramlarına qəbul olmaq üçün beynəlxalq tələbələrə aşağıdakı sənədlər lazım ola bilər:

  • Müraciət forması
  • Bütün təhsil müddəti üçün etibarlı beynəlxalq pasport
  • Şəhadətnamənin notarial və ya konsul tərcüməsi
  • TOEFL iBT 60 sertifikatı və ya B2 səviyyəsində Polşa dili bilik sertifikatı
  • Ərizəçinin seçdiyi peşəni öyrənmə qabiliyyətini təsdiqləyən tibbi arayış

Magistr təhsili iki il çəkir. Magistr proqramları praktik və tədqiqat proqramlarına bölünə bilər. Birincisi yeni bir peşəyə yiyələnmək istəyən tələbələr üçün, ikincisi – doktorantura təhsillərini davam etdirmək istəyənlər üçün uygundur. Magistr dərəcəsi almaq üçün 90 – 120 arasında kredit toplamaq və magistr tezisini müdafiə etmək üçün ən azı “qənaətbəxş” qiymət almaq lazımdır. Magistraturaya qəbul üçün sənədlərin təxmini siyahısı:

  • Müraciət forması
  • Bütün təhsil müddəti üçün etibarlı beynəlxalq pasport
  • Şəhadətnamənin notarial və ta konsul tərcüməsi
  • Əlavə və təsdiq edilmiş tərcüməsi ilə birlikdə ali təhsil diplomu (ən azı bakalavr dərəcəsi)
  • TOEFL iBT 60 sertifikatı və ya B2 səviyyəsində Polşa dili bilik sertifikatı
  • Motivasiya yönümlü məktub(ingilis dilində)
  • Tibbi arayış

Thinkwise bir çox ölkədə təhsil təklif edərək profesyonal xidmət göstərir.Həmçinin, Polşada təhsil müraciətinizdə də kömək edəcəkdir. Thinkwise xaricdə orta və ali təhsildə ixtisaslaşır və dünya səviyyəsində tanınan elit təhsil müəssisələri də daxil olmaqla xaricdəki məktəb və universitetlərə qəbul üçün peşəkar xidmətlər göstərir. Mütəxəssislərimizin özləri xarici universitetlərin məzunlarıdır və böyük beynəlxalq qeydiyyat təcrübəsinə malikdirlər.Thinkwise kollektivi olaraq, Polşada daha asanlıqla və sürətli şəkildə təhsil almağınız üçün kömək edəcəyik. Bizə müraciət etmək üçün ərizəni doldurun və qısa müddətdə sizinlə əlaqə quracağıq.

Qiymət: 1500 EUR

Qiymət: 3000 EUR

Qiymət: 3400 EUR