Türkiyədə təhsil

Son illərdə Türkiyədə təhsil dünyada rəğbət qazanmağa başlamışdır. Tələbələrə verdiyi imkanlar, təhsil keyfiyyətinin və yaşayış səviyyəsinin gündən-günə artması – xaricdə universitet təhsili almaq istəyən tələbələrin Türkiyəni seçməsinə təsir edən faktorlar arasındadır. Xarici tələbələrin dövlət və ya özəl universitetlərə giriş tələbləri eyni olsa da, bəzi hallarda universitetlər arasında fərqli sənəd istəkləri və giriş tələbləri ola bilər. Türkiyədə təhsil həm ingilis dilində, həm də türk dilində aparılır.

Türkiyədə təhsil almış xarici tələbələrin diplomları Avropada, Amerikada və bir çox ölkədə etibarlı hesab olunur. Bir çox universitet xarici tələbələrin Türkiyədəki həyata tez bir şəkildə uyğunlaşmaları üçün məsləhət xidmətləri göstərir.Hər bir universitetin öz nəznində və ya yaxınlığında yataqxanaları vardır. Tələbələr şəhəriçi nəqliyyatda endirim kartlarından istifadə edir və nəqliyyat xərcləri çox aşağıdır.

Türkiyədə təhsil almaq üçün ilkin tələblərdən biri YÖS(beynəlxalq tələbələr üçün giriş imtahanı) imtahanından keçməkdir. YÖS imtahan nəticələri iki il ərzində yararlı hesab olunur. YÖS riyaziyyat, həndəsə və IQ suallarından ibarətdir. Təhsil həm ingilis, həm də türk dilində aparılır. Əgər ingilis dilində təhsil almaq istəyirsinizsə TOEFL, türk dilində təhsil almaq istəyirsinizsə (TOMER) sertifikatınız olmalıdır. Hər iki vəziyyətdə də B2 səviyyəsi tələb olunur.

Dövlət universitetlərinin illik ödənişləri təxminən $200 – $1,000 (Tibb, Stomatologiya, Əczaçılıq kimi şöbələr üçün, ortalama $1,000 – $5,000). Özəl universitetlərin illik haqqları $3000 – $30,000 arasındadır. Dövlət yataqxanaları aylıq ödəniş 50-100$, özəl yataqxanalar isə 100-300$ -dır. Yemək,içmək və digər bütün xərcləriniz daxil aylıq ev icarəyə götürmə isə 100-500$ tutacaqdır.

Qeyd. Qiymətlər oxuduğunuz şəhərdən asılı olaraq arta – azala bilər.

Türkiyədə təhsil, yaşayış yeri,qida, bir illik təhsil öncəsi dil kursları, tibbi siğorta və hətta aviabiletləri əhatə edə bilən “Türkiyə Bursları” adlı dövlət təqaüd proqramı var.Təqaüd qazanmaq üçün bir neçə şərtlər mövcuddur – yaş limiti, GPA(ümumi orta təhsil göstəricisi) 70%+, YDS, TYS, ALES sertifikatları. Tələblər universitetə görə dəyişir. Təqaüdlər müsabiqə əsasında verilir və seçilmiş namizədlər, yaşadıqları ölkələrdə, onlayn və ya telefonla görüşülür.

Türkiyədə bakalavr dərəcəsinə qəbul olmaq üçün bir abituriyentin məktəbi və ya bənzər bir orta təhsil müəssisəsini bitirməsi lazımdır. Universitetlər müraciətləri onlayn qəbul edir və qəbul meyarları barədə məlumatları orada yerləşdirirlər. Bakalavr təhsili ümumiyyətlə aşağıdakı sənədləri tələb edir:

  • Attestat və ya Kollec diplomu (Attestat yoxdursa 11 ci sinifi bitirdiyinə dair arayış) tərcüməsi(Türk və ya ingilis dilində);
  • Transkript (Qiymət cədvəli) 9-10-11sinif qiymətlərinin çıxarılışı
  • SAT / ACT imtahan nəticələri (və ya YÖS);
  • İngilis dili imtahan nəticələri (TOEFL / CAE);
  • Motivasiya və tövsiyə məktubları;
  • Xarici pasportunuzun nüsxəsi;
  • Fotoşəkil 3×4
  • Maliyyə Zəmanət məktubu.

Qeyd.Tələb olunan sənədlər qəbul olunan universitetdən və ixtisasdan asılı olaraq dəyişə bilər.

Türkiyədə magistr dərəcəsi ümumiyyətlə iki ildir. Türkiyədə magistr təhsili tezli və tezsiz olaraq iki hissəyə bölünür. Türkiyədə magistr proqramına yazılmaq üçün bakalavr diplomu təqdim etməlisiniz və diplom balınız (GPA) 80+ olmalıdır. Bəzi universitetlərdə AELS imtahan tələbi vardır. Dövlət universitetlərində təhsil haqqı 300-2000 USD-dir (bəzi tezsiz proqramlar daha bahadır).Özəl universitetlərdə isə 2000$ -dan başlayır.

Thinkwise bir çox ölkədə təhsil təklif edərək professional xidmət göstərir.Həmçinin, Türkiyədə də təhsil müraciətinizdə də sizə kömək edəcəkdir. Thinkwise xaricdə orta və ali təhsildə ixtisaslaşır və dünya səviyyəsində tanınan elit təhsil müəssisələri də daxil olmaqla xaricdəki məktəb və universitetlərə qəbul üçün peşəkar xidmətlər göstərir. Mütəxəssislərimizin özləri xarici universitetlərin məzunlarıdır və böyük beynəlxalq qeydiyyat təcrübəsinə malikdirlər.Thinkwise kollektivi olaraq, Türkiyədə daha asanlıqla və sürətli şəkildə təhsil almağınız üçün kömək edəcəyik. Bizə müraciət etmək üçün ərizəni doldurun və qısa müddətdə sizinlə əlaqə quracağıq.

Qiyməti 1400 – 1500TL arasındadır.

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.